EN

Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb

Kəlbəcərdə ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.

Tovuz rayon sakini, “DKT” İnşaat şirkətində sürücü vəzifəsində işləyən, 1998-ci il təvəllüdlü O.Mustafayev idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.

Nəticədə O. Mustafayev hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
6
apa.az

10Sources