EN

Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var

Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Kamil Abdullayev ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

Chosen
26
10
poliqon.info

10Sources