EN

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Gümüş Liqasının oyunlarına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, iyunun 27-29-da Gürcüstanın Tbilisi şəhərində keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq yığmaları mübarizə aparacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
6
azertag.az

10Sources