AZ

AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

N.İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.

Seçilən
0
8
90deqiqe.az

10Mənbələr