AZ

AVF rəsmisi Gürcüstana nə üçün gedib?

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.

Seçilən
9
8
futbolpress.az

10Mənbələr