EN

Emreli qol vurdu, komandası 19:0 hesablı qələbə qazandı

BAKI, 28 iyun. TELEQRAF

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslauter”də ilk oyunu keçirib.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu Lüksemburqun “Saar” komandası ilə yoxlama oyununda iştirak edib.

Emreli matça əsas heyətdə başlayıb və ikinci hissəsin əvvəlində əvəzlənib. O, 43-cü dəqiqədə komandasının 6-cı qoluna imza atıb.

Görüşün yekununda “Kayzerslauter” rəqibini 19:0 hesabı ilə darmadağın edib.

Chosen
22
15
teleqraf.com

10Sources