AZ

Mahir “Kayzerslautern”də növbəti qolunu vurdu

Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.

Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub.

Seçilən
5
18
football-plus.az

10Mənbələr