Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”də növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu yerli “Hermersberq” kollektivi ilə yoxlama görüşündə iştirak edib.
Emreli komandasının 10:0 hesablı qələbə qazandığı matçda fərqlənib. O, görüşdə 6-cı qolun müəllifi olub.
Qeyd edək ki, Mahir Emreli oyunun 28-də Lüksemburqun “Saar” təmsilçisi ilə oyunda (19:0) da qol vurmağı bacarıb.