EN

U 16 beynəlxalq turniri bürünc medalla bitirdi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

26-28 iyun tarixlərində Qazaxıstanın Atırau şəhərində 16 yaşa qədər oğlan basketbolçular arasında "Airom Cup" beynəlxalq turniri baş tutub.

Fanat.Az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın U-16 millisını bürünc medal qazanıb.

Yığma komanda "Auyl Sport"a 60:33, "Keepers"ə 71:16, "Kutaisi"yə 58:51 hesabı ilə qalib gəlib, "Barsy Atırau"ya isə 54:72 hesabı ilə məğlub olub.

Bu nəticələrdən sonra türkiyəli mütəxəssis Erhan Tokerin rəhbərlik etdiyi milli komanda beynəlxalq turnirini 3-cü pillədə tamamlayıb.

Qeyd edək ki, üç gün əvvəl eyni turnirdə mübarizə aparan qızlardan ibarət U-16 millisi yarışın qalibi olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
50
fanat.az

10Sources