EN

Ömürlük cəza çəkən məhkumun çoxsaylı cinayətləri açıqlandı – İstintaq başladı

BAKI, 24 iyun. TELEQRAF

Sankt-Peterburqda cinayətkar qruplaşmasının üzvü Artur Qudkov uzun illər əvvəl törətdiyi qətllərlə bağlı etirafedici ifadələr verib.

Teleqraf xəbər verir ki, 2003-cü ildən ömürlük həbs cəzası çəkən Artur Qudkov qətllərlə bağlı istintaqa bəzi məqamları açıqlayıb.

O, məşhur kriminal avtoritet Konstantin Yakovlevin (tanınmış ləqəbi – Kostya Moqila) və onun yaxın çevrəsinin rəğbətini qazanmaq məqsədilə törədilən cinayətlərdə iştirak etdiyini bildirib: “Mən şəhərimi cinayətkarlardan təmizləydiyimi düşünürdüm”.

Artur Qudkov Belarusda doğulub, lakin uşaqlığı Qroznıda keçib. Yeniyetməlik dövründən döyüş sənətlərinə maraq göstərib. Sovet ordusunda xidmət edib, Daxili qoşunlarda snayper və təlimatçı olub, idman ustası adına layiq görülüb. 1987-ci ildə ordudan tərxis olunub.

Artur Qudkov

1990-cı illərin ortalarında Qudkov “Limin” ləqəbli şəxsin vasitəsilə reket fəaliyyətinə cəlb olunub. Qısa müddətdə o, xüsusi hazırlıq keçərək killerlərdən ibarət “Zerkalo” adlı qruplaşmaya daxil edilib.

Bu dəstə özünü “gizli dövlət strukturu” kimi təqdim etsə də, əslində Konstantin Yakovlevin nəzarətində olan, Sankt-Peterburq kriminal dairələrində nüfuz uğrunda mübarizə aparan silahlı qrup idi. Qudkovun dediyinə görə, o, bir müddət bu qruplaşmanı dövlətin xüsusi xidməti hesab edib.

Arkadi Solyarın öldürülməsi – Aprel, 1998

ABŞ vətəndaşı, Dövlət Duması deputatının köməkçisi Arkadi Solyar toyuq məhsullarının idxalı ilə məşğul idi.

A.Qudkova onun fırıldaqçı olduğu deyilib. Apreldə snayperlə Solyarı başından vuraraq öldürüb və əvəzində 5 min dollar alıb.

İş adamı Potapkinin qətli – Mart, 1998

İş adamı Potapkini və onun cangüdəni Kaşirovu hədəf alan hücumda Qudkov tapançadan atəş açaraq Potapkini öldürüb, Kaşirovu isə ağır yaralayıb.

Qriqori Kazarovun (“Pirojok”) qətli - Tarix göstərilmir

Günorta vaxtı Qriboyedov kanalının sahilində Qudkov onu izləyib və yaxın məsafədən atəş açaraq öldürüb.

Viktor Slokaya sui-qəsd – Dekabr, 1998

“Vitya Murmanski” ləqəbli kriminal fiqura qarşı həyata keçirilən hücum uğursuz olub. Sloka yaralansa da, sağ qalıb. Bu hadisədən sonra Qudkovun dəstə daxilində nüfuzu azalıb.

Deputat Viktor Novoselovun öldürülməsi – 20 noyabr, 1999

Deputatın avtomobilinə radio ilə idarə olunan mina yerləşdirilib. Partlayış nəticəsində Novoselov yerindəcə ölüb. Qudkov hadisə yerində polis tərəfindən saxlanılıb.

2003-cü ildə A.Qudkov ömürlük həbs cəzasına məhkum olunub. Onunla birlikdə saxlanılan Aleksandr Malış 16 il, Andrey Çvanov 10 il, Yeqorov isə 5 il azadlıqdan məhrum ediliblər.

A.Qudkov istintaqa növbəti dəfə ifadə verib.

Bu dəfə “Kostya Moqilanın varisləri” kimi tanınan Vladimir Kulibaba, Anatoli Motil və Dmitri Skvortsovun da adını çəkib.

Onların bir neçə açılmamış qətlə, o cümlədən 1993-cü ildə kriminal boss İqor Savin və onu müşayiət edən polis əməkdaşının pulemyotla qətlə yetirilməsinə görə məsuliyyət daşıya biləcəyi istisna edilmir. Bu cinayətdə əsas icraçılardan biri kimi Marat Aristovun adı hallanır.

Artur Qudkovun ifadələri uzun illər sirr olaraq qalsa da, bu etiraflar bir çox açılmamış cinayət işlərinin yenidən araşdırılmasına səbəb olub. Hazırda istintaq və məhkəmə prosesi davam edir.

Chosen
22
7
teleqraf.com

10Sources