EN

Bred Pitt Messiyə olan heyranlığını etiraf etdi

Hollivudun ulduz aktyoru Bred Pitt Argentina millisinin kapitanı Lionel Messinin 2022-ci il dünya çempionatındakı çıxışına heyran qaldığını bildirib.

Azreform.info  xəbər verir ki, o, dünya futbolunun əfsanəsinə çevrilmiş Messinin pərəstişkarı olduğunu açıq şəkildə etiraf edib.

"Qızıl top"un yeddiqat qalibi olan Messi turnir ərzində ondan gözlənilən hər şeyi nümayiş etdirərək, Argentina millisinin üçüncü dəfə dünya çempionu olmasına liderlik edib.

Bred Pitt bu barədə fikirlərini belə ifadə edib:

"O, heyrətamizdir! Mən onu sevirəm. Turist kimi belə, onu yenidən görmək üçün qaçardım. 2022-ci il dünya çempionatında onu izlədiym və düşündüm: "Tamam, indi başa düşdüm"".

Amerikan futbolunu daha çox izləyən Pitt buna baxmayaraq, qeyd edir ki, tarixin ən böyük idmançısı barədə müzakirə apararkən Lionel Messini gözardı etmək mümkünsüzdür.(milli.az)

Chosen
16
7
azreform.info

10Sources