EN

Lənkəranda istirahət mərkəzin müdiri BIÇAQLANDI

Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.
5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
16
Ajans.az

10Sources