EN

“Bu, Avropa klublarının öyrəşdiyi səviyyədə deyil” - Problemi etiraf etdi

FİFA-nın qlobal inkişaf üzrə rəhbəri və “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger ABŞ-da keçirilən Klublararası dünya çempionatında meydançaların keyfiyyətində problem olduğunu etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis bunun bəzi oyunları ABŞ-da da keçiriləcək 2026-cı il dünya çempionatının startına kimi həll ediləcəyinə söz verib:

“Mən şəxsən Orlandoda meydanda idim. Bu qazonlar Avropa klublarının öyrəşdiyi səviyyədə deyil.

Çünki bu, mükəmməl deyil. Lakin bu, gələn il dünya çempionatı üçün düzəldiləcək”.

Turnir daha əvvəl davamiyyətin aşağı olması və FİFA-nın hava şəraitinə görə matçları yarım saat dayandırmaq qərarına görə tənqid olunub.

2026-cı il dünya çempionatı ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.

Chosen
25
50
sportinfo.az

10Sources