AZ

13 milyon avroya müdafiəçi almaq istəyir - PSJ

PSJ “Union Berlin”də çıxış edən 26 yaşlı müdafiəçi Dioqo Leyteyə maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Portuqaliyalı futbolçunun Paris klubuna mümkün keçidi təxminən 13 milyon avroya başa gələ bilər. PSJ rəhbərliyi bu transfer məbləğini qənaətbəxş hesab edir.

Leyte 2022-ci ilin yayından bəri “Union Berlin”də çıxış edir. O, son mövsümdə bütün turnirlərdə ümumilikdə 31 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
6
50
sportinfo.az

10Mənbələr