İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Tehrana qarşı müharibədə qələbə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və Fələstinin radikal HƏMAS hərəkatının məğlubiyyəti üçün “geniş imkanlar” açır.
Teleqraf xəbər verir ki, o bu bəyanatı Şin Bet müəssisəsinə səfəri zamanı verib.
"Biz varlığımız üçün iki ölümcül təhlükəni (Tehranın nüvə proqramı və İranın ballistik raketlərinin istehsalı – red.) aradan qaldırdıq. Bu qələbədən sonra ilk növbədə, girovların azad edilməsi üçün geniş imkanlar açıldı", - Netanyahu bildirib.
Ətraflı
Baş nazir əlavə edib ki, İsrail “həmçinin Qəzza məsələsini həll etməli və HƏMAS-ı məğlub etməlidir”. "İnanıram ki, biz hər iki məqsədə nail olacağıq", - deyə baş nazir davam edib.
O, həmçinin İsrailin regiondakı əlavə ölkələrlə münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunaraq, “geniş regional imkanların açıldığını” qeyd edib.