AZ

İran ABŞ administrasiyasını "sındırdı": Rəsmilər, porno ulduz...

İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış elektron məktubları 2024-cü il ABŞ seçkiləri ərəfəsində media orqanlarına yaymaqla hədələyiblər.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Reuters" ilə onlayn söhbətlərində Robert təxəllüsü ilə tanınan hakerlər Ağ Evin aparat rəhbəri Syuzi Uayls, Trampın vəkili Lindsi Halliqan, Trampın müşaviri olmuş Rocer Stoun və porno ulduz, Trampın rəqibi Stormi Danielsin hesablarından təxminən 100 giqabaytlıq elektron məktublara sahib olduqlarını bildiriblər.

Robert materialların satılmasının mümkünlüyünü qeyd edib, lakin planları və ya məktubların məzmunu haqqında təfərrüatları açıqlamayıb.

ABŞ-ın baş prokuroru Pem Bondi haker hücumunu “pis niyyətli kiberhücum” kimi qiymətləndirib.

Qeyd edək ki, Tehran kibercasusluğu təkzib edib. Roberts, 2024-cü il prezidentlik kampaniyasının son aylarında, Uayls də daxil olmaqla Trampın bir neçə müttəfiqinin e-poçt hesablarını sındırdıqlarını söyləyib.

Seçilən
12
41
publika.az

10Mənbələr