AZ

İsrail ordusu Qəzzada yeni ərazilərdə əməliyyatları genişləndirdi

BAKI, 1 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlarını yeni ərazilərdə genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumatda deyilir ki, son bir neçə gün ərzində İsrail Qəzza zolağında yeni ərazilərdə əməliyyatları genişləndirərək, çoxlu sayda HƏMAS üzvü və hədəfini məhv edib.

Son 24 saat ərzində 8 HƏMAS üzvünün öldürüldüyü bildirilib.

Bundan başqa, hərbi gəmilər Qəzza zolağının cənubundakı bir neçə hədəfə zərbə endiriblər. Mətbuat xidməti əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində zolaqda 140 hərbi obyektə hücum edib.

Seçilən
18
50
teleqraf.com

10Mənbələr