EN

Mahir Emreli yenə fərqlənib

Mahir Emreli "Kayzerslautern"də keçirdiyi ikinci yoxlama oyununda da qol vurub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı futbolçusu Almaniyanın "Hermersberq" həvəskar komandası ilə görüşdə fərqlənib.

Oyun "Kayzerslatern"in 10:0 hesablı qələbəsi ilə nəticələnib.

Birinci hissədə meydanda olan Emreli komandasının 6-cı qoluna imza atıb.

Qeyd edək ki, o, dünən Saar/Lüksemburq fanat yığmasına qarşı debüt matçında da fərqlənmişdi.

İdman.biz

Chosen
4
15
idman.biz

10Sources