EN

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsiYEKUNLAŞDI

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb.

 

“Report” xəbər verir ki, üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsində məhkəmə 22 sutka həbs qətimkan tədbiri seçib.

 

Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev məhkəmənin qərarı ilə üç sutka müddətinə həbs edilib.

 

Bundan başqa, saxlanma zamanı güc strukturları tərəfindən xəsarət yetirilərək xəstəxanaya yerləşdirilən Kamal Səfərov və Əziz Abbasov evə buraxılıblar.

 

**11:40

 

2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.

 

“Report” xəbər verir ki, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

 

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı mənzillərdə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

 

İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.

 

Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.

Chosen
31
10
senzor.az

10Sources