Demokrat.az xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb.
Vəkil qeyd edib ki, müdafiə tərəfi onun saxlanıldığını hələ cümə günü öyrənmişdi, lakin iki sutka ərzində Gənciyevin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Polis şöbələri və istintaq təcridxanalarında onun bu müəssisələrdə olmadığı deyilib. Yalnız dünən axşam Gənciyevin istintaq təcridxanasında saxlanıldığı bəlli olub.
Vəkil həmçinin müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
Onun sözlərinə görə, Əhliman Gənciyev çətinliklə hərəkət edir və məhkəmə iclası zamanı ağrılar səbəbi ilə otura bilməyib. "Onun həyatı və sağlamlığı üçün narahatam. İstintaq təcridxanasında onunla mümkün qədər çox vaxt keçirməyə çalışacağam ki, mənim yanımda ona qarşı heç bir zorakı hərəkət edilməsin", - deyə vəkil bildirib.
10Mənbələr
-
xezerxeber.azYekaterinburq məhkəməsi azərbaycanlıları həbs etdiYenilənib - 5/ VİDEO ( 18747763)
-
sfera.azYekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı ( 18747202)
-
demokrat.azYekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib —TƏFƏRRÜAT ( 18747169)
-
sfera.azYekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT ( 18746956)
-
heftelik.azYekaterinburqda6 azərbaycanlı həbs edildi – Biri öldürülənlərin qardaşıdır ( 18745993)
-
olke.azVəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı ( 18745990)
-
news24.azRusiya üçüncü azərbaycanlını da həbs etdi ( 18741181)
-
yenisabah.azVəkili Əhliman Gənciyevə edilən zorakılıqdan danışdı ( 18745792)
-
viral.azVəkili Əhliman Gənciyevə edilən zorakılıqdan DANIŞDI ( 18745687)
-
xezerxeber.azYekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıbYenilənib - 4 ( 18745612)