AZ

Yekaterinburq məhkəməsi azərbaycanlıları həbs etdiYenilənib - 5/ VİDEO

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

Guya 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək 2 gün əvvəl zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

19:03

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb.

Üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsində məhkəmə 22 sutka həbs qətimkan tədbiri seçib.

Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev məhkəmənin qərarı ilə üç sutka müddətinə həbs edilib.

Bundan başqa, saxlanma zamanı güc strukturları tərəfindən xəsarət yetirilərək xəstəxanaya yerləşdirilən Kamal Səfərov və Əziz Abbasov evə buraxılıblar.

14:31

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Xezerxeber.az xəbər verir ki, o, şübhəli şəxs qismində tanınır.

13:21
Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

12:31
Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xezeexeber.az-ın məlumatına görə, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.


11:43

2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.

Xezerxeber.az xəbər verir ki, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı on nəfərdən çox mənzildə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.

Seçilən
9
21
xezerxeber.az

10Mənbələr