EN

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

BAKI, 30 iyun. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf xəbər verir ki, bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Kəngərli kəndinə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 37 ailə - 153 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Chosen
10
49
teleqraf.com

10Sources