"Kənddə bizim üçün çox gözəl evlər tikilib".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Ağdamın Kəngərli kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Allahverdi Rüstəmov deyib.
A.Rüstəmov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar:
"Bu günə çox şükür ki doğma toraqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində yurdumuza qayıdırıq".
"Daha əvvəl də gedib kəndimizə baxdım. Bizim üçün çox gözəl evlər tikilib. Hər cür şərait yaradılıb, hətta mərasim evi də tikilib.
Kəndimizdə kommunal şərait, infrastruktur yaxşı vəziyyətdədir. Bir sözlə, hər şey əladır.
Allah bizə bundan sonra pis günlər göstərməsin", - Kəngərli sakini deyib.