EN

Azərbaycanda pərakəndə ticarət bazarı 4,7 faiz artdı

BAKI, 30 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manata çatıb.

Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata əsasən , bu dövrdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manat təşkil edib. Qeyri-ərzaq mallarının satışı isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manata yüksəlib.

Pərakəndə ticarət dövriyyəsinin real ifadədə artım tempinə baxdıqda müəssisələr üzrə bu göstərici 7,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,0 faiz olub.

İstehlak məhsullarının satış strukturuna gəldikdə, dövriyyənin 39,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərinin, 8,8 faizi isə paytaxtın əmtəə bazarlarının payına düşüb.

Chosen
60
34
teleqraf.com

10Sources