Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, iyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurmuşdu.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi vəfat edib.
Faktla bağlı araşdırma aparılır.