EN

KDÇ-2025: 1/8 finalda daha 2 görüş

Bu gün klublarası dünya çempionatında 1/8 final mərhələsi davam edəcək.

Publika.az xəbər verir ki, 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gələcək.

Əvvəlcə meydana İtaliyanın "İnter" və Braziliyanın "Fluminense" komandaları çıxacaq. Bu görüş saat 23:00-da başlayacaq. Digər qarşılaşma isə gecə keçiriləcək. İngiltərə nəhəngi "Mançester Siti" Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ı sınağa çəkəcək. Bu qarşılaşmanın start fiti 05:00-da veriləcək.

Bu cütlərin qalibləri növbəti mərhələdə bir-birinə rəqib olacaq.

Qeyd edək ki, artıq 1/4 final mərhələsinin 2 cütü müəyyənləşib: "Palmeyras" - "Çelsi", PSJ - "Bayern".

Chosen
28
35
publika.az

10Sources