Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Rusiya Xarici işlər naziri Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.
Publika.az xəbər verir ki, Mirzoyan bunu iyunun 30-da İrəvanda keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi - Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransında Lavrovun Ermənistandakı vəziyyətlə bağlı sözlərini şərh edərkən bildirib .
"Mətbuat konfransından əvvəl sevimli həmkarım Lavrovun şərhini oxumağa vaxt tapdım. Cənab Lavrovun məlumatları natamam və yanlışdır. Səhv etmirəmsə, o, "hakimiyyətin kilsəyə qarşı mübarizəsi" ifadəsini işlədib. Lavrovun məlumatı reallıqla üst-üstə düşmür: Ermənistanda kilsəyə qarşı mübarizə yoxdur”, - nazir bildirib.
Mirzoyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının məlumatına görə, söhbət qanunsuz çevrilişin hazırlanmasında iştirakdan gedir.
"Bu, hüquqi prosesdir və Ermənistan Respublikasının daxili işidir. Lavrovun Ermənistan Respublikasının daxili işlərinə qarışmaması daha yaxşı olardı", - Mirzoyan analoji müraciətlə rusiyalı deputatlara və KİV-ə müraciət edib.