EN

Çili rəsədxanası 3,200 meqapiksel kamera ilə görünməyən 2 minə yaxın asteroid aşkar edib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

Dünyanın ən böyük rəqəmsal kamerası ilə öyünən Çilinin Vera Rubin Rəsədxanası kosmosun ilk şəkillərini nümayiş etdirməyə başlayıb. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, astronomlara Günəş sisteminin necə əmələ gəldiyini və hətta asteroidin Yer üçün təhlükə törətdiyini anlamağa imkan verib.

Koquimbonun şimal bölgəsindəki Paçon Hilldə yerləşən 8,4 metrlik teleskop güclü məlumat emal sistemini qidalandıran 3,200 meqapiksel kameraya malikdir.

Rəsədxananın məlumatlarını təhlil edən layihə meneceri Uilyam O'Mullane bildirib ki, yeni kəşflər həqiqətən insanların öz məlumatları ilə işləmə tərzini dəyişdirəcək və əvvəlki nəzəriyyələrə meydan oxuyacaq. Çilidəki rəsədxana 10 saatlıq müşahidələr zamanı görünən səmanın kiçik bir sahəsinə diqqət yetirərək əvvəllər görünməmiş 2100-dən çox asteroid aşkar edib. Onun yerüstü və kosmosdakı həmyaşıdları isə ildə cəmi 20 min asteroid kəşf edirlər.

O'Mullane bildirib ki, rəsədxana astronomlara sürətlə böyük həcmdə məlumat toplamağa və gözlənilməz tapıntılar etməyə imkan verəcək. O əlavə edib: “Adi bir neçə müşahidə aparmaq və akademik məqalə yazmaq əvəzinə mən sizə bir milyon qalaktika, bir milyard ulduz verəcəyəm, çünki bizdə bunlar var: 20 milyard qalaktika ölçüləri mövcuddur”.

Çilidəki rəsədxana amerikalı astronom Vera Rubinin adını daşıyır və qaranlıq maddə kimi tanınan böyük miqdarda görünməz materialın varlığına dair qəti sübutlar tapmaq üzrə qabaqcıl astronomik mərkəzdir.

Rəsədxana hər gecə Cənub yarımkürəsinin səmasının təxminən 1000 şəklini çəkəcək, hər üç və ya dörd gecədən bir bütün cənub səmasını əhatə edəcək. Eyni zamanda, Atakama səhrasının üstündəki ən qaranlıq səma Çilini astronomik müşahidələr üçün dünyanın ən əlverişli məkanlarından birinə çevirir.

“Teleskopun hər gecə göndərəcəyi xəbərdarlıqların sayı 83 min insanın elektron poçta qutusuna bərabərdir. Kiminsə buna bir-bir baxması mümkün deyil”, - deyən astrofizik Fransisko Foster bildirir ki, belə olan şəraitdə süni intellektdən istifadə zərurəti yaranır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
15
azertag.az

10Sources