Astronomlar Günəş sistemində yeni, sirli bir obyekt aşkarlayıblar.
Azreform.info gurdian-a istinadən xəbər verir ki, mütəxəssislər onun ulduzlararası mənbədən gəldiyini və qalaktikadakı "sərgərdan obyektlərin" daha geniş yayılmış ola biləcəyini düşünürlər.
Obyekt ilk dəfə Çilinin Rio Hurtado şəhərində yerləşən ATLAS teleskopu tərəfindən qeydə alınıb və ilkin olaraq A11pl3Z, sonradan isə 3I/Atlas kimi adlandırılıb. NASA-nın məlumatına görə, teleskopların topladığı arxiv müşahidələri obyektin izini iyunun 14-dək izləməyə imkan verib.
Hazırda Günəşdən təxminən 416 milyon mil uzaqlıqda olan və Oxatan bürcündən hərəkət edən bu obyekt saniyədə 60 km sürətlə Günəş sistemindən keçərək hiperbolik orbitlə hərəkət edir. Bu sürət və trayektoriya onun Günəş sistemindən kənar, yəni ulduzlararası mənşəli olduğunu göstərir. Əgər bu təsdiqlənsə, o zaman 2017-ci ildə aşkarlanan 'Oumuamua və 2019-cu ildəki 2I/Borisov obyektindən sonra bu, kəşf edilən üçüncü ulduzlararası cisim olacaq.
Mərkəzi Lankaşir Universitetinin astronomu Dr. Mark Norris bildirib ki, bu kəşf qalaktikamızda belə sərgərdan cisimlərin düşündüyümüzdən daha çox ola biləcəyini sübut edir.
Obyektin təbiəti hələ tam dəqiqləşdirilməsə də, Kiçik Planet Mərkəzi onun kometa aktivliyi göstərə biləcəyini qeyd edib və bu səbəbdən obyektə C/2025 N1 adı da verilib.(milli.az)