BAKI, 30 iyun. TELEQRAF
Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə bu günə qədər 80 milyard kubmetrə yaxın Azərbaycan təbii qazı Türkiyə və Avropa bazarlarına çatdırılıb.
Socar-dan Teleqraf-a verilən məlumata görə 1 iyun 2025-ci il tarixinədək TANAP ilə ümumilikdə 79,92 milyard kubmetr qaz nəql olunub. Təkcə 2024-cü ilin ilk 5 ayında – iyun ayınadək – boru kəməri ilə 4,01 milyard kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, TANAP 2018-ci ilin 30 iyun tarixində kommersiya məqsədli qaz nəqli üçün fəaliyyətə başlayıb və o vaxtdan etibarən fasiləsiz olaraq istismar edilir. Layihə Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına təhlükəsiz və dayanıqlı şəkildə çatdırılmasında mühüm rol oynayır.