EN

ABŞ-Suriya münasibətlərində dönüş: Tramp sanksiyaları yüngülləşdirir

BAKI, 30 iyunh. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bu gün ərzində Suriyaya qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan sərəncamı imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə CBS kanalının Ağ Evdə akkreditə olunmuş müxbiri Cennifer Jacobs məlumat verib.

"Bu gün Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayacaq", - deyə jurnalist "X"də yazıb.

Xatırladaq ki, mayın 4-də Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Bu, ABŞ və Suriya rəhbərləri arasında son 25 ildə baş tutan ilk birbaşa görüş olub.

Tramp həmin görüş zamanı bəyan etmişdi ki, Vaşinqton Suriyanın keçmiş prezidentləri Hafiz Əsəd və Bəşər Əsəd dövründə tətbiq edilmiş uzunmüddətli sanksiyaları mərhələli şəkildə aradan qaldırmağa başlayacaq.

Chosen
18
50
teleqraf.com

10Sources