ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Uilyams”ın pilotu Karlos Sayns “Formula-1” tarixində xal topladığı yürüşlərin sayına görə ilk “10-luğ”a düşüb. "Football-plus.az" xəbər verir ki, ispaniyalı pilot dünya çempionatının son mərhələsində - Kanada “Qran-pri”sində 10-cu yeri tutmaqla 150-ci dəfə xal zonasında yer alıb.Sayns hazırda “Formula-1” tarixi üzrə müvafiq statistikada 10-cu pillədədi. Bu göstəricidə lider 323 yarışda xal toplayan “Ferrari”nin pilotu Lüis Hemiltondu. 2-cu yerdə Saynsın həmvətəni – “Aston Martin”in pilotu Fernando Alonso (266) qərarlaşıb. “Üçlüy”ü əfsanəvi Mihael Şumaher (221) qapayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.