EN

“Qəbələ” doğma rayonda təlim-məşq toplanışına start verdi

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Qəbələ” təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Qəbələdə bir araya gəlib.

Toplanışın ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır.

Chosen
18
26
sportinfo.az

10Sources