Bakının “Neftçi” klubu Premyer Liqanın 2025/2026 mövsümü üçün hazırlığa start verir.

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışı keçəcəklər.

Hazırlıq prosesinin birinci mərhələsi iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində olacaq.

İkinci mərhələ isə iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komanda Polşada 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq.

Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.