EN

Netanyahu ABŞ-yə səfər edəcək

İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi, həmçinin “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.

Amerika və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Chosen
34
50
operativmedia.az

10Sources