AZ

Netanyahu Trampla nələri müzakirə edəcək?

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp Qəzza, İran və Suriyada münaqişəyə son qoyulmasını müzakirə edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Əsas mövzular Qəzza və İran olacaq. İsrail HƏMAS-dan güzəşt əldə etməsi üçün ABŞ-ın Qəzza danışıqlarında vasitəçi olan Qətərə təzyiq göstərməsinə çalışır. Səfər Vaşinqtonun Qəzzada müharibəni dayandırmaq və iki ilə yaxındır orada saxlanılan girovları azad etmək üçün artan səyləri fonunda həyata keçirilir. Səfər zamanı Netanyahu ABŞ-ın vitse-prezidenti, Dövlət Departamentinin rəhbəri və Pentaqonun rəhbəri ilə də görüşlər keçirəcək", - məlumatda bildirilib.

Qeyd edək ki, Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və amerikalı həmkarı Trampla görüşəcəyi xəbərlərini təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
50
olaylar.az

10Mənbələr