AZ

İsrailli nazir: Qəzzanı tam işğal etməliyik

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada 60 günlük atəşkəsin əsas müzakirə olunduu bir ərəfədə dünyanın diqqətini özünə çəkən bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, atəşkəsə ehtiyac olmadığını deyərək, əksinə, bölgəyə humanitar yardımın dayandırılmasınə və bütövlükdə Qəzzanın tam ələ keçirilməsini vacib sayıb.

Ben-Qvir İsrail Ordusu Radiosuna daha sonra deyib: "Razılaşma əldə etmək istəyi var, məncə, bu, dəhşətli səhvdir. Biz bir an belə dayanmamalıyıq. Mütləq qələbə qazanmalı, bütün Qəzzanı işğal etməli, humanitar yardıma son qoymalı və miqrasiyanı təşviq etməliyik. Bizim qismən nəticə verən razılaşmalara ehtiyacımız yoxdur".

İsrail dövlət televiziyası KAN-a danışan Ben-Qvir atəşkəs və məhbus mübadiləsi razılaşmasını dəstəkləmədiyii təkrarlayıb.

Zülfiyyə

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
mia.az

10Mənbələr