Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova müalicəsi üçün avtomobilini satdığını bildirib.
Aktrisa bu barədə "Rəngarəng" proqramında açıqlama verib.
Sənətə gəlməsinin peşmanlıq yaratdığını dilə gətirən Fatma Mahmudova səhhətində yaşadığı çətinliklərdən bəhs edib:
"Bir anlıq evdə özümü tuta bilmədim və yıxıldım. Qolum çiynimdən qırıldı. İynə vurulandan sonra yaxşılaşdım, amma qolumu istədiyim kimi hərəkət etdirə bilmirəm. O qədər əziyyət çəkdim ki, insulta şükür etdim.
Səhhətimə görə avtomobilimi belə satmalı oldum. Həyatda hər şey insanın sağlığına qurban olsun. Niyə hər zaman başqasından kömək istəməliyəm? Kömək edənlər də artıq yardım ediblər. Çoxları deyir ki, "Xalq artisti adı nəyinə verilib?" İndi hər şeyimi itirərək gəlmişəm. Nə qədər danışacaqsınız? Nə istəyirsiniz məndən? Nə verirsiniz ki, bir şey istəyirsiniz? Kaş heç bu sənətə gəlməyəydim. Bilsəydim ki, bu qədər əziyyət çəkəcəyəm, heç vaxt bu yola düşməzdim".