EN

Mask ABŞ da yeni siyasi partiyanın adını təklif edib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İlon Mask ABŞ prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha tənqid edərək, ABŞ-da yeni siyasi partiyanın adının nə ola biləcəyini təklif edib.

Bizimyol.info xəbər verir ki, milyarder bu barədə "X" sosial platforma hesabında yazıb.

"Əgər bu ağılsız qanun layihəsi qəbul olunarsa, ertəsi gün Amerika Partiyası (the America Party) yaradılacaq", - deyə Mask qeyd edib.

O hesab edir ki, ölkəyə yeni partiya lazımdır ki, “insanların əslində söz sahibi olsun”. Daha əvvəl Mask yeni siyasi partiya yaratmağa çağırıb, çünki müasir amerikalılar “birpartiyalı ölkədə yaşayırlar” və “əslində insanların qayğısına qalan” platforma lazımdır.

Bu, Maskın Ağ Evin hökumət xərclərinin azaldılması ilə bağlı təşəbbüsü ilə irəli sürdüyü qanun layihəsini ilk dəfə tənqid etməsi deyil. İyunun 5-də Tramp və Mask sosial mediada sərt açıqlamalar veriblər. Daha sonra Mask Trampa həsr etdiyi bir neçə mesaja görə peşman olduğunu bildirib.

“New York Post”un yayımladığı “Pod Force One” podkastının efirində ABŞ prezidenti Maskı bağışlaya biləcəyini deyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
16
bizimyol.info

10Sources