EN

“İnter”in kapitanı Hakan Çalhanoğlundan narazıdır

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İnter"in prezidenti Cüzeppe Marotta İtaliya klubunun kapitanı Lautaro Martinesin "bütün futbolçuların oyunundan razı qalmadığını" deyərkən, kimləri nəzərdə tutduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport Mediaset"ə açıqlama verib.

Lautaro daha əvvəl müsahibəsində "kapitan olaraq hədəflərimiz uğrunda mübarizəni davam etdirmək istəyirəm. Kim qalmaq istəyirsə, qalır, kim istəməsə, əlvida!" söyləyib.

Klub prezidentinin sözlərinə görə, kapitan açıqlamasında Hakan Çalhanoğlunu nəzərdə tutub. "Gələn həftə onunla birbaşa danışacağıq. Getmək istəyirsə, tərəddüd etmədən yollarımızı ayıracağıq. Klubdan ayrılmaq istəyən hər bir oyunçu üçün qapılar açıqdır".

Xatırladaq ki, Çalhanoğlu 2021-ci ildə "Milan"dan "İnter"ə keçib. Ötən mövsüm futbolçu 47 matçda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
8
sport24.az

10Sources