EN

Putinin ərazi ambisiyası böyüyür – Hədəf bütün ölkəni işğal etməkdir

BAKI, 1 iyul. TELEQRAF

Rusiya lideri Vladimir Putinin bəyanatları Kremlin Ukraynada artıq işğal olunmuş Krım və dörd regiondan kənara çıxan daha geniş ərazi ambisiyalarını ortaya qoyur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Mənbə xatırladır ki, Putin elə dünən Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş hissələrinin inkişafı ilə bağlı iclas keçirib. O, iclasda Ukrayna ərazisini tez-tez “Donbas və Novorossiya” adlandırıb.

Bundan əlavə, Kremlin mətbuat katibi Dmitri Peskov Odessanı “tarixi Rusiya ərazisi” adlandırıb.

Putinin xüsusi nümayəndəsi Vladimir Medinski də ruslar və ukraynalıların “bir xalq və eyni tarixi tale”yə malik millət olduğunu iddia edərək, Ukraynadan danışarkən oranın “qədim rus torpaqları” olduğunu bildirib.

ISW-nin qeyd edir ki, Putin, Peskov və Medinskinin bəyanatları Kremlin yüksək rütbəli rəsmilərinin Rusiyanın ərazi ambisiyalarının miqyasını göstərən son mesajlarıdır.

İyunun 20-də Putin ruslar və ukraynalıları “bir xalq” hesab etdiyini və Ukraynanın Rusiyaya məxsus olduğunu demişdi.

Təhlildə Kreml rəsmilərinin mütəmadi olaraq Odessanı “rus şəhəri”, Ukraynanın bütün şərq və cənubunu “Novorossiya” adlandırdıqları vurğulanır.

“Rusiyanın yüksək rütbəli rəsmilərinin iddiaları Kremlin Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqını özünə tabe etmək kimi israrlı məqsədini nümayiş etdirir”, - ABŞ institutu əlavə edir.

Chosen
37
22
teleqraf.com

9Sources