EN

“Mançester Siti” dünya çempionatı ilə vidalaşdı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərə “Mançester Siti”si ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığından qalib əlavə vaxtda bəlli olub. Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə nəhəngini 4:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

“Əl-Hilal”ın bu mərhələdə rəqibi İtaliya “İnter”ini mübarizədən kənarlaşdıran Braziliya “Fluminense”si olacaq.

Qeyd edək ki, komandalar arasında matç iyulun 4-də olacaq.

Chosen
9
22
msport.az

10Sources