AZ

“Əl-Hilal”dan inamlı qələbə - “Mançester Siti”dən mundiala vida

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha biri oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərə “Mançester Siti”sini sınağa çəkib.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığından qalib əlavə vaxtda bəlli olub. Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə nəhəngini 4:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

“Əl-Hilal”ın bu mərhələdə rəqibi İtaliya “İnter”ini mübarizədən kənarlaşdıran Braziliya “Fluminense”si olacaq.

Qeyd edək ki, komandalar arasında matç iyulun 4-də olacaq.

İdman.biz

Seçilən
15
22
idman.biz

10Mənbələr