"Əl-Hilal" "Mançester Siti"yə qalib gəldi
Futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına əlavə vaxtda 3:4 hesabı ilə uduzub.
aia.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutub.
"Əl-Hilal"ın heyətində Markos Leonardo (46 və 112-ci dəqiqələr), Malkom (52) və Kalidu Kulibali (94) fərqlənib.
"Mançester Siti"nin qollarını isə Bernardu Silva (9), Erlinq Holand (55) və Fil Foden (104) vurub.
aia.az