EN

Rusiya və İran Azərbaycana qarşı birlik olub?

Son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Bundan qısa müddət öncə isə İran ölkəmizə qarşı aqressiv hərəkətlər nümayiş etdirməyə başlamışdı.

 

Sanki Tehran və Kreml Azərbaycana qarşı təxribatçı siyasətlərinə sinxron şəkildə start veriblər.

 

Maraqlıdır, hər iki tərəfin sərt ritorikası əvvəlcədən razılaşdırılmış plana uyğun ola bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran hesab edir ki, Azərbaycana qarşı təzyiq ritorikasını davam etdirmək lazımdır.

 

 

Politoloq qeyd edib ki, İran Prezidenti Azərbaycana səfərində tərəflər arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılsa da, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna imkan vermir:

 

“Məhz mühafizəkar dairəsi olan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) konkret olaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla Azərbaycan Respublikası soydaşları arasında nifaq yaratmaq üçün toxum səpir. Güney azərbaycanlılara dırnaqarası demək istəyirlər ki, guya Azərbaycandan qalxan PUA-lar Təbriz və Ərdəbili vurub. Beləliklə, düşmən obrazı yaratmağa çalışırlar. Həmçinin, SEPAH özü bir xarici düşmən ovuna çıxıb. SEPAH-ın daxilində agentura şəbəkəsi formalaşıb, İranı da daxildən SEPAH vurdu. Mossad məhz SEPAH üzvləri, generalların vasitəsilə Xamenei iqamətgahının yanında PUA emalatxanası təsis etmişdi”.

 

M.Əsədullazadə bildirib ki, PUA-lar Tehrandan qalxıb, amma yenə də onlar Azərbaycanı ittiham edir. 

 

Siyasi şərhçinin son olaraq əlavə edib ki, Azərbaycanın müstəqil xarici siyasət yeritməsi Rusiyanı narahat edir: "İranla Rusiya daima Azərbaycan eyni mövqedən olublar, Azərbaycana qarşı düşmən münasibət sərgiləyiblər. Tərəflərin mövqeyi də üst-üstə düşür".

 

Firuzə Əliyeva

Sfera.az

Chosen
19
50
sfera.az

10Sources