BAKI, 1 iyun. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarİqtisadi Əməkdaşlıq Təşklatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 2-də Azərbaycana gələcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Şimali Kipr prezidenti Azərbaycan Texniki Universitetini də ziyarət edəcək.
Həmçinin ona bu ali təhsil ocağının "Fəxri doktor"u adı veriləcək.
Məlumat üçün bildirək ki, iki gün davam edəcəkİƏT-ə üzv ölkələrin Zirvə görüşündə bir çox ölkənin dövlət və hökumət başçsı iştirak edəcək.