"D-8" təşkilatı Bakıda Gənclər Forumu keçirməyə hazırlaşır.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu "D-8"in baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə Müdaxilələri: “Gənclərin Milli Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Perspektivlər mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomuraciətdə deyib.
O müraciətində vurğulayıb ki, Bakı bu ay D-8-in Gənclər Forumuna ev sahibliyi edəcək:
"D-8 gənc nəslin potensialının üzə çıxarılmasına kömək edən proqramların həyata keçirilməsində Azərbaycanın və digər iştirakçı ölkələrin dəstəyinə, həmçinin tərəfdaşlar və beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə qarşılıqlı fəaliyyətə ümid edir".