EN

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Bakı. Trend:

İyunun 30-da qanunsuz saxlanılan odlu silah-sursat aşkaredilib.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 30-da polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1qumbara, 15 tüfəng, 10 patron darağı və 463 ədəd müxtəlif çaplıpatron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.

Chosen
12
5
az.trend.az

10Sources