EN

Solovyovun pomidor söhbətinə CAVAB

ain.az, Sfera.az portalına istinadən məlumat verir.

Rusiyanın qalmaqallı televiziya aparıcısı, ermənipərəst Vladimir Solovyov dünən Azərbaycana qarşı hədələr səsləndirib. Bildirib ki, Azərbaycanın Rusiyada pomidor satışına mane ola bilərlər

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Solovyovun təhdidini aciz bir addım kimi qiymətləndirib.

“5100 nüvə başlığı, 17 mln. km2 ərazisi olan ölkənin təhdidinə baxın – pomidoru almarıq, belə cılız, belə düşük Şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək”,- mütəxəssis bildirib. 

N.Cəfərli illərdir Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80%-ə yaxın asılılığının doğru olmaması, yeni, daha premium bazarlara çıxış tapmağın lazım olduğu ilə bağlı xəbərdarlıq etdiklərini  nəzərə çatdırıb.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb:

“Rusiya bizə, bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni, ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya Respublikalarına ixracatımızı artırmalıyıq. 

Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri, təqribən, 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!”.

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
7
sfera.az

10Sources