EN

HƏMAS: "Danışıqlar nəzərdə tutulmur"

Bu sözləri Fələstinin iranyönümlü HƏMAS qruplaşmasının ali nümayəndəsi Tahir Nunu Misirin "Al-Shorouk" qəzetinəmüsahibəsindədilə gətirib. O vurğulayıb ki, görüş gözlənilməsə də, vasitəçi ölkələrlə (ABŞ, Qətər və Misir) əlaqə pozulmayıb.

"HƏMAS Qəzzada İsraillə müharibənin dayandırılmasını da nəzərdə tutan sazişi imzalamağa hazırdır, qruplaşmanın silahsızlaşdırılmasından, rəhbər şəxslərin Qəzzadan mümkün uzaqlaşdırılmalarından söhbət gedə bilməz",- Nunu söyləyib.
Times of Israel: "ABŞ sülh istəyir"

Ötən günlərdə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə obyektlərini bombalayıb sıradan çıxarmasının ardınca Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin həllinə maraq artıb. ABŞ Prezidenti Donald Tramp son günlər İsraili danışıqlar masasına oturmağa çağırsa da, Baş nazir Benyamin Netanyahu belə bir addım atmaq istəmir, əksinə, Vaşinqtonu bu tələbindən döndərmək naminə Ron Dermeri oraya danışıqlara göndərir.

Firudin Həmidli
AzVision.az
Chosen
7
22
azvision.az

10Sources